Əsas məzmuna keç

İstanbul məhkəməsi Netanyahunun haqqında həbs qərarı verib…

İstanbul Baş Prokurorluğu İsrail hökumətinin 37 üzvünün, o cümlədən ölkənin Baş Naziri Benyamin Netanyahu-nun həbsinə dair order verib. Tezadlar.az xəbər verir ki, qərar Qəzzaya yardım aparan “Azadlıq donanması”na hücumla bağlı qəbul edilib. Məlumata görə, şübhəlilər “soyqırımı”nda ittiham olunurlar. İstanbul Baş Prokurorluğunun məlumatına görə, aparılan istintaq nəticəsində İsrail dövlət rəsmilərinin Qəzzada törədilmiş “genosidin sistematik aktları və insanlığa qarşı cinayətlər” üzrə cinayət məsuliyyətinə cəlb olunması müəyyən edilib. Xatırladaq ki, oktyabrın əvvəllərində İsrail hərbçiləri Qəzza zolağının sahillərinə fələstinlilər üçün humanitar yardım aparan doqquz gəmini saxlayıblar. İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirib ki, İsrail Hərbi Dəniz Qüvvələri gəmilərdən döyüş zonasına yaxınlaşdığı və Qəzza zolağının dəniz blokadasını pozduğu üçün istiqaməti dəyişməyi tələb edib.

İsraildən bu məhkəmə qərarına hələki hər hansı reaksiya yoxdur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…