Əsas məzmuna keç

İstanbulda Azərbaycan şairinə ehtiram

Bu gün İstanbulun Sarıyer Bələdiyyəsi ərazisində yerləşən parkda Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin qorelyefinin açılışı olub.

“Təzadlar” xəbər verir ki, bu barədə jurnalist İbrahim Nəbioğlu sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, şairin 100 illik yubileyi ilə əlaqədar Vadistanbul səmtində qoyulan qorelyefin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Müəllifin, Sarıyer Bələdiyyəsinin rəhbəri Mustafa Oktay Aksu və ölkəmizin İstanbulda baş konsulu Nərminə Mustafayevanın iştirakı ilə abidənin açılış mərasimi olub.

Qorelyefin yerləşdiyi park İstanbulun ən işlək prospekti – Azərbaycan prospekti üzərində, məşhur “Qalatasaray” stadionunun qarşısında yerləşir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…