Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Türkiyənin “BeIN Sports” telekanalının İstanbulun Ayazağa məhəlləsində yerləşən binasına silahlı hücum edən şəxs barəsində həbs qərarı çıxarılıb.
Tezadlar.az “Haber Global”a istinadən xəbər verir ki, Kamal S. “silahlı təhdid” və “iş yeri toxunulmazlığını pozmaq” ittihamları ilə təqsirli bilinib.
Hadisə zamanı cinayətkarın “silah”ının oyuncaq olduğu da müəyyən edilib.
Xatırladaq ki, 11 noyabr, saat 11:30 radələrində İstanbulun Ayazağa məhəlləsində yerləşən TV8-Beinsport binasında silahlı insident baş verib. Məlumata görə, binaya daxil olan Kemal S. kanaldakı bir şərhçinin onun həyat yoldaşı, mühafizəçi Əminə S.-ni təhqir etdiyini iddia edib və şərhçidən üzr istəməsini tələb edib. Hadisə yerinə gələn polis əməkdaşları onunla danışıqlar apararaq təxminən yarım saat sonra sakitləşdiriblər. Kemal S. binadan çıxarılaraq polis bölməsinə aparılıb.