8 Oktyabr 2025 / 12:04

İstanbulda bəzi məşhur simalara qarşı narkotik əməliyyatı keçirilib – aralarında “Bahar”ın baş qəhrəmanı da var (VİDEO)

Türkiyədə məşhur şəxslərə qarşı  narkotik əməliyyatı keçirilib. Onların arasında  İrem Derici, Demet Evgar və Hadisə də var… 

Tezadlar.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul  Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində narkotik və ya stimullaşdırıcı maddədən istifadədə təqsirləndirilən məşhur simalara qarşı əməliyyat keçirilib.

19 nəfərin ifadələri və qan nümunələri götürülmək üçün İl Jandarma Komandanlığına aparılıb. Məşhurlar haqqında həbs qərarı verilmədiyi, ifadələri və qan nümunələri götürüldükdən sonra buraxılacaqları bildirilib.

SİYAHIDAKI ADLAR TƏƏCCÜBLƏNDİRDİ…

Aşağıdakı məşhur şəxslərin ifadələri alınacaq və qan nümunələri götürüləcək:

Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Metin Akdülger, Arkin Zeep Keçiç, Özal Ziynet Sali.

Qeyd edək ki, siyahıda yer alan məşhurlar arasında hazırda Azərbaycanda da xeyli izləyicisi olan “Bahar” serialının baş qəhrəmanı Demet Evgar da var.

Əlavə edək ki, KİV-də yayılan məlumatlara görə, İrem Dericinin bu gün  nişan mərasimi olmalı idi. Belə ki, o, dicey sevgilisi Melih Kunukçu ilə nişan etməyə hazırlaşırdı.

https://www.youtube.com/watch?v=aUMOCbOIE1g

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!