Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbulda bərpa olunacaq Rusiya-Ukrayna danışıqlarının müddəti işin gedişindən asılı olacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə mediaya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu gün danışıqların başlanğıcıdır. Hər şey danışıqların irəliləyişindən asılı olacaq”, – o, danışıqların yalnız mayın 15-nə planlaşdırıldığını, lazım gələrsə, bir neçə gün davam edə biləcəyi vurğulayıb.
Moskva ilə Kiyev arasında birbaşa və qeyd-şərtsiz danışıqlar üçün nümayəndə heyətinin tərkibi bir gün əvvəl təyin edilib. 2022-ci ildə olduğu kimi, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski nümayəndə heyətinin rəhbəri təyin edilib.
Rusiya prezidenti Vladimir Putin Kiyevə nümayəndə heyəti səviyyəsində görüşün mayın 15-də keçirilməsini təklif edib. Dövlət başçısının köməkçisi Yuri Uşakov izah edib ki, bu, Moskva ilə Kiyev arasında 2022-ci ilin yazında kəsilmiş, lakin Britaniyanın o vaxtkı baş naziri Boris Consonun təhriki ilə yarımçıq qalmış danışıqların bərpası olacaq.
E.ŞİRİNOV