Ötən gün, 9 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə İskəndərovanın yaradıcılığının 25 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilib.
Tezadlar.az xəbər verir ki, sərgidə rəssamın 40-a yaxın rəsm əsəri nümayiş olunub.
Belə sərgilərin keçirilməsində əsas məqsəd istedadların üzə çıxarılması və onların tanıdılmasıdır.
Sərginin qonaqları rəssamın əsərlərini yüksək dəyərləndirərək ona yaradıcılıq uğurları arzulayıblar.
Sərgi boyu müğənnilərin bir-birindən gözəl ifaları, rəqslər tədbirə xüsusi ahəng qatıb.
Qeyd edək ki, istedadlı rəssam Elnarə İskəndərova bir sıra dövlət səviyyəli tədbir və sərgilərdə iştirak edərək uğurlu nəticələr əldə edib. O 2019-2020-ci illərdə BMT tərəfindən Gender bərabərliyi layihəsi çərçivəsində keçirilmiş tədbirdə sertifikatla təltif olunub. Həmçinin 2019-cu ildə İsveçrədə təşkil olunmuş sərgidə Azərbaycanı uğurla təmsil edib.










