Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hərbi müstəntiqlər ukraynalı döyüşçülərin Kurskda mülki obyektlərə gecə hücumundan sonra terror aktı ilə bağlı cinayət işi açıb.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində hərbi müstəntiqlər ukraynalı hərbçilərin Kursk şəhərinə gecə hücumunun şərtlərini müəyyənləşdirirlər”, – məlumatda deyilir.
Departament xatırladıb ki, iyunun 1-də axşam saatlarında Ukraynanın silahlı birləşmələri pilotsuz uçuş aparatlarından istifadə edərək Kursk şəhərində mülki infrastruktur obyektlərinə qəsdən hücum ediblər. Nəticədə, 4 yaşayış binası, bir qaraj və Kursk Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinin binasına ziyan dəyib.
“Hərbi müstəntiqlər hadisə yerinə baxış keçirərkən pilotsuz uçuş aparatlarının fraqmentlərini aşkar edib, onlar götürülərək partlayıcı ekspertizaya göndərilib. Bundan əlavə, əmlakına ziyan dəymiş mülki əhali ilə iş aparılır. İstintaq bu və digər bu kimi cinayətlərdə iştirak edən Ukrayna silahlı birləşmələrinin nümayəndələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir”, – İstintaq Komitəsi yekunlaşdırıb.
E.ŞİRİNOV