Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Dekabr 2025 / 08:52

İsveçrə Rusiya ilə iş görməyə çağırılıb

İsveçrəli iş adamı Tito Tettamanti hesab edir ki, Qərb səhv edib

İsveçrə Rusiyaya hörmətlə yanaşı, ticarət münasibətlərini bərpa etməlidir.

Tezadlar.az xəbər verir ki, bunu isveçrəli iş adamı Tito Tettamanti “Die Weltwoche” jurnalına verdiyi müsahibədə bildirib.

“Biz ruslara hörmət etməli və onlarla iş görməliyik. Qərb Rusiyanı zəiflətmək üçün Ukraynanın işlərinə həddindən artıq müdaxilə etməklə səhv edib”, – jurnal onun sözlərini sitat gətirərək bildirib.

İş adamı əmindir ki, ABŞ-ın xarici siyasətində buraxdığı səhvlər indi düzəldilir və düzgün yola qaytarılır.

Daha əvvəl, 15 dekabrda İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidault İsveçrənin Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün bərqərar olması üçün təşəbbüsləri və tədbirləri dəstəkləməyə hazır olduğunu açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!