Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Mart 2026 / 05:36

İsveçrədə avtobus yanğını: 6 ölü

İsveçrənin Fribourg kantonunun Kerzers bölgəsində poçt avtobusunda baş verən yanğın nəticəsində altı nəfər ölüb, beş nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, “Blick” qəzetinin verdiyi məlumata görə, Kerzersdə poçt avtobusunda yanğın baş verib.

Fribourg polisi yanğında altı nəfərin öldüyünü və beş nəfərin yaralandığını təsdiqləyib.

Polis sözçüsü yanğınsöndürmə işlərinin gecə boyu davam edəcəyini bildirib.

Sözçü əlavə edib ki, yanğına kiminsə özünü yandırması səbəb ola bilər, lakin dəqiq səbəb hələ müəyyən edilməyib.

Bu arada, ölən altı nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Fribourg prokurorluğu hadisə ilə bağlı araşdırma aparır, polis isə hadisə yerində araşdırmalarını davam etdirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!