23 Aprel 2025 / 13:24

İsveçrəyə səyahət… Cenevrədə tarixi bina həndəvərində göydələn yoxdur-BAKI YADA DÜŞÜR

Cenevrədə şəhərsalma mədəniyyəti örnəkdir! Küçələrdə, məsələn, hansısa tarixi binanın, yaşayış evinin həndəvərində göydələnə rast gəlinməz!
Beləliklə, bizim bir məşhur filmdə görkəmli sənətkarımız Əliağa Ağayevin dediyi kəlam yadıma düşür: – Şəhərin adı Cenevrə, gözəlin adı Cenevrittə)😀.
Yaz tətilindən istifadə edib, “Fransız İsveçrəsini” gəzmək qərarına gəldik. Buralar İsveçrənin Fransaya yaxın əyalətləri olduğundan, digər əyalətlərdən fərqlidir, əhalinin ünsiyyət dili fransız dilidir, çox az insan burda sənə almanca cavab verə bilər, əgər fransız dilini bilmirsənsə, ingilis dili digər dillərə nisbətən keçərlidir.
Cenevrə də əksər İsveçrə regionları kimi gözəldir, iki dağ – Alp və Yura dağları arasında yerləşir, şəhər əhalisi təxminən 200 mindir. Bir çox Avropa, eləcə də İsveçrə şəhərləri kimi tarixi, Alt Ştadt – içəri şəhəri var.Ümumiyyətlə, bu amil yəni tarixi abidələrin məsuliyyətlə qorunub, saxlanılması, təqdirəlayiqdir. Bu abidələrə həm də qədim kilsələr, monastırlar aiddir ki, bunlar da şəhərlərin əsas tarixi abidələrindən sayılır və belə dini abidələrin yaşı 100 illərlə, bəzi hallarda daha çox hesablanır. Maraqlı fakt həm də odur ki, xristian dininin müxtəlif məzhəblərinə (katolik, protestant, ortodoks v.s.) malik olmasına baxmayaraq, bəzən bu kilsələr eyni məkanda, bir – birinə çox yaxın bir qonşuluqda yerləşir.
 Cenevrə tarixi abidələri, görməli yerlərindən başqa, şokolad istehsalı, müxtəlif markalı məşhur İsveçrə saatları, əczaçılıq və.s. istehsalları ilə də tanınır.
Ən maraqlısı, şəkillərdən də görürsüz ki, bu şəhərdə küçələrdə parklama, velosipedləşmə yoxdur. Yaxud, küçədə “Dayanma-durma” qadağandır nişanı da rast gəlinən deyil… Hər şey insanların rahatlığı üçündür, narahatlıq yaratmaqdan uzaqdır.
İlham RƏSUL,
İsvecrə
(“Təzadlar”ın xüsusi müxbiri)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!