Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son vəziyyəti məlum olub.
Tezadlar.az xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından cavab olaraq bildirilib ki, 02.04.2026-cı il tarixində saat 08:30 radələrində Biləsuvar rayonunda baş verən it hücumu səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (kişi) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ baldırın dişlənmiş yarası diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.