Əsas məzmuna keç

“Niva” markalı minik avtomobili aşdı -xəsarət alanların adları

Beyləqanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə rayon sakinləri – 1977-ci il təvəllüdlü Qurbanov İlham Mütəllim oğlu və 1986-cı il təvəllüdlü Quliyev Müslüm Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…