İtaliya Aİ-nin yenidən silahlanma planını mənfi qiymətləndirir

Oxunma sayı: 446

Avropa İttifaqını (Aİ) yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan birliyin dağılmasına gətirib çıxaracaq.

Tezadlar.az xəbər verir ki, bunu “5 Ulduz Hərəkatı” partiyasının lideri və İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte “El Pais” qəzetinə müsahibəsində deyib.

Siyasətçi “Hazırlıq 2030” adlı yeni müdafiə strategiyasını mənfi qiymətləndirib. O qeyd edib ki, silahlanmanın artırılması yalnız təhlükəsizlik illüziyası yaradacaq.

“İnanıram ki, vətəndaşlarımızın rifahının ən yaxşı təminatı dialoqdur… bunu biz tək ABŞ Prezidenti Donald Trampa həvalə edə bilmərik. Məhz biz danışıqlar masası arxasına oturmalı və müharibəyə aparan spiralı alovlandırmadan sülh üfüqünü qurmalıyıq”, – Konte fikrini yekunlaşdırıb.

Qeyd edək ki, aprelin 6-da Romanın mərkəzində Avropa Birliyinin yenidən silahlanmasına qarşı kütləvi nümayiş keçirilib. “Yenidən silahlanmaya yox, onları dayandıraq!” aksiyasının təşkilatçıları müxalifət partiyası olan “Beş Ulduz Hərəkatı” olub.

Tədbir həmkarlar ittifaqları və hüquq müdafiə təşkilatları tərəfindən dəstəklənib. Nümayişçilər İtaliyanın baş naziri Giorgio Meloni və Avropa Komissiyasının fəaliyyətinin dayandırılmasını tələb edən hökumət əleyhinə şüarlar səsləndiriblər. Təşkilatçıların məlumatına görə, tədbirdə ən azı 80 min insan iştirak edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May