Əsas məzmuna keç

İtaliyada Hava Limanında Dəhşətli Hadisə

İtaliyada hava limanında kişi faciəvi şəkildə ölüb.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki, hadisə Milan şəhərindəki Orio al Serio aeroportunda qeydə alınıb.

İspaniyaya uçan təyyarə qalxmaq üçün hazırlanırmış. Bu zaman 35 yaşlı naməlum şəxs avtomobili ilə həmin əraziyə əks istiqamətdən daxil olub. O, avtomobildən düşərək təyyarəyə doğru qaçmağa başlayıb. Mühafizəçilərin müdaxilələrinə baxmayaraq, adamı tutmaq mümkün olmayıb və o, təyyarəyə yaxınlaşıb. Bu zaman hava gəmisinin motoru kişini içəri çəkib və naməlum şəxs pər onu doğrayaraq öldürüb.

Hadisə nəticəsində hava limanında əksər uçuşlar təxirə salınıb. Mərhumun təyyarənin əməkdaşı yaxud sərnişini olmadığı üzə çıxıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…