İtalyanlardan Azərbaycanı soruşanda deyirlər: “Siz İlham Əliyevlə Mehriban xanımın Vətənini deyirsiniz?”

…Mənsimova Nərmin Faiq qızı. Azərbaycanda Qafqaz Universitetini bitirib… Sonra müsabiqə yolu ilə İtaliyanın Parma Universitetində magistraturanı oxuyub. Hazırda İtaliyanın Parma şəhərindəki məşhur şirkətlərin birində Biznesin analizi üzrə fədakarlıqla çalışır…
Bununla bərabər, İtaliyada Azərbaycan həqiqətlərinin İtaliya və dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni edir. Və nəhayət, qeyd edim ki, Nərmin xanım 8 ildir İtaliyada yaşayır. İtalyan, ingilis və rus dillərini mükəmməl bilir, tez- tez bizə də yazırdı… Bu gün qonağımız oldu… Təcrübəsini nəzərə alaraq tezadlar.az saytının İtaliya üzrə xüsusi müxbiri təyin edildi. Deyir: “İtaliyanın olduğum şəhərlərində, o cümlədən Parma şəhərində təmasda olduğum italyanlardan “Azərbaycanı tanıyırsınızmı?” sualıma onlardan gülə- gülə belə cavab alıram: “Siz İlham Əliyevlə Mehriban xanımın Vətənini deyirsiniz?”.
Nərmin xanıma uğurlar diləyirik. Azərbaycandan xarici ölkələrə təhsilə, şə… gedən gənclərə belə bir fəaliyyət arzulayırıq. Bununla da tezadlar.az saytının Türkiyə, İran, Almaniya, İsveçrə, Rusiya və İtaliya olmaqla, 6 ölkədə xüsusi müxbirləri Azərbaycan həqiqətlərini dünyaya yayamaqdadırlar…
Nərmin Mənsimova ilə daha geniş müsahibə təqdim ediləcık… O, italyanların Azərbaycan sevgilərinin qeyri- adi, bilmədiyimiz tərəflərindən maraqla söhbət açdı…
Y.Məmmədli
Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.