Əsas məzmuna keç

İtkin düşənlər aidiyyatı üzrə təhvil verilib

Daxili İşlər Nazirliyinin əməkdaşları daha 7 nəfəri tapıb.
Tezadlar.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri  Elşad Hacıyev bildirib.
O, qeyd edib ki, itkin müraciətləri üzrə tədbirlər davam etdirilir:
“Yanvarın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib”.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…