Əsas məzmuna keç

IX Muğam Televiziya Müsabiqəsinə start verilir…

Muğamsevərlərə şad xəbər: Bu gündən  IX Muğam Televiziya Müsabiqəsinə start verilir. Bu barədə layihənin icraçı direktoru İlqar Fəhmi məlumat yayıb. Fəhmi bildirib ki, bu il IX Muğam Televiziya Müsabiqəsinə 20 nəfər gənc, 10 nəfər uşaq seçilib. İcraçı direktor qeyd edib ki, təxminən 3 ay ərzində Bakıda və bölgələrdə dinləmələr keçiriləcək. Final mərhələsi isə avqust ayına nəzərdə tutulur.

Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…