Əsas məzmuna keç

İyunun 20-də Cenevrədə İranla nüvə danışıqları aparılacaq

Yaxın günlərdə Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri Cenevrədə İranın xarici işlər naziri ilə nüvə mövzusunda danışıqlar aparmaq niyyətindədirlər. Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda bildirilir ki, nazirlər əvvəlcə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə Almaniyanın Cenevrədəki daimi nümayəndəliyində görüşəcək, daha sonra isə İran xarici işlər naziri ilə birgə iclas keçirəcəklər.

Qeyd edək ki, Avropa tərəfinin təşəbbüsü Yaxın Şərqdə böhranın dərinləşməsinə dair narahatlıqlara görə yaranıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…