Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır”.
Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqramda yazıb.
Qeyd edək ki, onun ölümü barədə məlumat yayan senator A.Pronyuşkin isə teleqramdakı müvafiq qeydini silib.
***
Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.
Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib.
Qeyd edək ki, daha öncə “Mash” teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.