Əsas məzmuna keç

JURNALİST 4 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Belteleradioşirkətinin keçmiş əməkdaşı Dmitri Lukşa Belarusu nüfuzdan salmaqda və ictimai asayişi kobud şəkildə pozan hərəkətlər hazırlamaqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

“SB.Belarus Today” nəşri xəbər verir ki, bu barədə Minsk Şəhər Məhkəməsi qərar verib.

Nəşrin məlumatına görə, Lukşa cəzasını ümumi rejimli koloniyada çəkəcək, o, həmçinin 500 əsas vahid (təxminən 6,5 min dollar) məbləğində cərimələnib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…