Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskvanın Basmannı rayon məhkəməsi jurnalist Yuri Dudu (xarici agentlərin reyestrinə daxil edilib) xarici agentin vəzifəsindən yayınması faktı ilə bağlı qiyabi olaraq iki ay müddətinə həbs edib.
TEZADLAR.AZ RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. Önləyici tədbir onun Rusiya ərazisində saxlanılacağı və ya Rusiyaya ekstradisiya edildiyi andan qüvvəyə minəcək.
Jurnalist barəsində Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 3-cü hissəsi (xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən yayınma) ilə iş başlanıb. Maddənin bu hissəsində nəzərdə tutulan maksimum cəza beş ilədək müddətə azadlıqdan məhrum etmədir. Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən RBK-ya verilən məlumata görə, Dud beynəlxalq axtarışa verilib. O, 2022-ci ilin baharında Rusiyanı tərk edib.
İstintaq Komitəsi iyulun əvvəlində Yuri Dudun cinayət işində təqsirləndirilən şəxsə çevrildiyini bildirib. Qurumdan bildirilib ki, jurnalist il ərzində iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda, İstintaq Komitəsi Dudun axtarışa verilə biləcəyini də etiraf edib.
Xatırladaq ki, Yuri Dud jurnalist və bloggerdir. Onun YouTube kanalının 10 milyondan çox abunəçisi var. RF Ədliyyə Nazirliyi 2022-ci ilin aprelində jurnalisti xarici agent elan edib. Dud bu qərarı mübahisələndirməyəə çalışıb və “Ədliyyə Nazirliyinin ona xarici agent funksiyalarını yerinə yetirən xarici KİV-lərin reyestrinə daxil edilməsi barədə bildiriş göndərməməsi ilə ifadə olunan hərəkətsizliyinin qanunsuz kimi tanınmasını” tələb edib. Lakin Ali Məhkəmə imtina edib.
Y.Məmmədli