Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Avqust 2021 / 16:27

KəLBəCəRDə ORDUMUZUN AVTOMOBILI VURULMAYıB, öLəN YOXDUR

Bəzi sosial şəbəkə istifadəçiləri anlamadan erməni dəyirmanına su tökməklə məşğuldur.

Belələri bu gün məlumat yayıb ki, guya Azərbaycan ordusuna məxsus “Ural” markalı avtomobil Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulub və itkilərimiz vardır və s.

Müdafiə Nazirliyi bu feyk məlumatı qəti təkzib edib, Azərbaycan ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

Görəsən, sosial şəbəkələrdə bu cür feyk məlumatları yayanlar hansı dinə-məzhəbə və məsləkə qulluq edir? Erməni təbliğatından fərqlənməyən bu tip məlumatların arxasında şübhəsiz ki, düşmən niyyətlilər dayanır. 

A.Məmmədli 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!