Kadırov qızının siyasətdən getməsi qərarını dəstəkləyib

Çeçenistan rəhbəri Ramzan Kadırov böyük qızı Ayşət Kadırovanın siyasətdən getməsi qərarını dəstəklədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədəo, RİA Novosti-yə müsahibəsində deyib.

Fevral ayında Ayşət respublika hökumətinin baş nazirinin müavini vəzifəsini tərk edərək moda biznesinə qayıdacağını açıqlamışdı.

Kadırovun sözlərinə görə, qızı özü getmək istədiyini bildirəndə o, ona razılıq verib.

“Mən bu barədə düşündüm və özüm üçün qərara gəldim ki, siyasət tam olaraq qadın işi deyil, xüsusən də Çeçenistan Respublikasında”, – bölgə rəhbəri izah edib.

O qeyd edib ki, hazırda Ayşət təkcə dəblə deyil, digər biznes layihələrində də iştirak edir və bunun öhdəsindən çox gözəl gəlir.

Çeçenistan rəhbəri onu da əlavə edib ki, təkcə Ayşət deyil, daha iki qızı da siyasətdən gedib.

Ayşət Kadırova 1998-ci ildə anadan olub. 2021-ci ildə Çeçenistanın mədəniyyət naziri, 2023-cü ildə isə respublika hökuməti sədrinin müavini vəzifəsinə təyin edilib.

2024-cü ildə Kadırovun böyük qızı regional Mədəniyyət Nazirliyinin xüsusi əməliyyat zonasında döyüşçülərə köməklik göstərməsinə görə “Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xaji Kadırovun xatirəsinə” medalı ilə təltif edilib.

E.ŞİRİNOV

Xəbəri paylaş