İstanbulun Esenyurt şəhərində bir kafedə yanğın baş verib. Kafenin yerləşdiyi bina boşaldılıb. İaşə müəssisəsinə böyük ziyan dəyib.
Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın Esenyurtda fəaliyyət göstərən bir kafedə başlayıb. Alov tez bir zamanda yayılaraq iaşə müəssisəsini bürüyüb. Kafenin yerləşdiyi binanı qatı tüstü bürüyüb.
Xəbərdarlıqdan sonra hadisə yerinə polis, tibb və yanğınsöndürmə qrupları göndərilib. Polis ərazini mühasirəyə alıb, bina isə tez bir zamanda boşaldılıb.
Bölmələrin gərgin səyləri sayəsində söndürülən yanğında ölən və ya xəsarət alan olmayıb.
İaşə müəssisəsinə böyük ziyan dəyib. Yanğının elektrik qısaqapanmasından qaynaqlandığı güman edilir.
ELBAR







