Bu günlərdən dövlət orqanlarıdan bir xidmət alırdım. Xidmətin bir hissəsi elektronlaşdılıb. Həmin elektronlaşmış hissə ilə bağlı 7-8 vərəq sənəd çap olunub verildi mənə.
Tezadlar.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
Sahib Məmmədovun sözlərinə görə, xidmət sahələrində həyata keçirilən elektronlaşma sözdə “kağızsız hökumət”dir və bu deyilənlər elə kağız üzərində də qalıb.
“Ölkədə 4000 artıq dövlət xidmətləri var, onlardan 600-ə yaxını guya elektronlaşıb. Halbuki elektronlaşmanın hələ e hərfindəyik.
Son 5 ildə dövlət orqanları və təsisatları nə qaədər kağıza qənaət edib? Əmin olun ki, nəinki azalma yoxdur, əksinə sərfiyyat artıb. Ona görə də kağızsız yox, elədə “dədə-baba” hökumət desək yaxşı olar”, – deyə o qeyd edib.
Y.Məmmədli