Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Aprel 2025 / 08:05

Kahramanmaraşdakı Azərbaycan məhəlləsi görün necədir- İNANILMAZ

Kahramanmaraşdakı Azərbaycan məhəlləsi tarixin tikintisi də adlandırıla bilər… Tezadlar.az Bildirir ki, Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb. Və müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328qeyri-yaşayış obyekti inşa edilib.

Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

Bu tarixi tikinti uzun illər yaddaşlardan silinməyəcək!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!