Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Estoniyanın keçmiş Baş naziri Kaja Kallas deyib ki, Aİ-nin Ukraynaya dəstəyi xeyriyyə yardımı deyil, qitənin təhlükəsizliyinə sərmayədir, çünki Vladimir Putin iddia edir ki, “dayanmaq niyyətində deyil”.
Tezadlar.az xəbər verir ki, onun sözlərini Ukraynanın “Public” nəşri sitat gətirib.
Rusiya prezidenti Vladimir Putinin “məqsədlərindən əl çəkmədiyini” dediyi üçün Kallas müdafiə xərclərinin artırılmasının vacibliyini qeyd edərək hər şeyə təhlükəsizlik prizmasından baxmağa çağırıb.
O, həmçinin qeyd edib ki, Ukraynanı dəstəkləmək ABŞ-ın maraqlarına uyğundur.
“Əgər Amerika Çindən narahatdırsa, ilk növbədə Rusiyadan narahat olmalıdır. Biz Rusiya, İran, Şimali Koreya və Çinin birgə işlədiyini görürük. Biz Putinin digər ölkələrdə həqiqətən də təsirini artıraraq nə etdiyini görürük”, – Aİ diplomatiyasının rəhbəri bildirib.
Bir gün əvvəl Kallas Avropa ölkələrinə Ukraynaya hərbi qüvvə göndərməyə icazə verib. O qeyd edib ki, Ukraynada münaqişə tərəfləri arasında atəşkəs razılaşması əldə olunarsa, Aİ öz rolunu oynaya bilər. Eyni zamanda, o, “bu məsələdə seçimin istənilən halda Ukraynada qaldığını” vurğulayıb.
E.ŞİRİNOV