Keçmiş Pentaqon müşaviri Duqlas MakQreqor bildirib ki, Avropa siyasətçiləri mövqelərini qorumaq üçün Rusiyadan gələn potensial təhlükədən istifadə edirlər.
Tezadlar.az xəbər verir ki, o, bu fikri YouTube yayımı zamanı bildirib.
MakQreqorun sözlərinə görə, Avropa siyasi elitasının nümayəndələri Moskvaya qarşı ictimai ehtiyatlılığı qorumaqda maraqlıdırlar. O hesab edir ki, xarici təhlükə qorxusu onlara öz siyasi təsirlərini gücləndirməyə imkan verir.
Nümunə olaraq, analitik Aİ xarici işlər naziri Kaya Kallası misal gətirib. MakQreqor Rusiya ilə bağlı açıqlamaların Avropa liderlərinə ictimai dəstəyi səfərbər etməyə və hakimiyyəti qorumağa kömək etdiyini irəli sürüb.
MakQreqor Rusiya təhlükəsi ilə bağlı açıqlamaları əsassız adlandırıb və bu cür ritorikanı kəskin şəkildə tənqid edib.
ELBAR







