Əsas məzmuna keç

KAMÇATKA SAHİLLƏRİNDƏ 5 BAL GÜCÜNDƏ İKİNCİ ZƏLZƏLƏ BAŞ VERİB

Seysmoloqlar cümə axşamı saat 14:06-da (Bakı vaxtı ilə 06:06) Kamçatka yarımadasının cənub-şərq sahilləri yaxınlığında dənizdə sutka ərzində 5 bal gücündə ikinci zəlzələni qeydə alıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.

“Zəlzələnin maqnitudası 5, ocağın dərinliyi 61 km olub”, – deyə filialdan bildirilib.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 204 km cənub-şərqdə yerləşib. Yerli Vahid Növbətçi Dispetçer Xidmətinə vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb. Seysmoloqlar məlumat toplayır və yeraltı təkanları hiss edən yerli sakinlərdən bu barədə məlumat vermələrini xahiş edirlər.

Bundan əvvəl səhər saatlarında həmin dəniz zonasında 5,5 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…