Əsas məzmuna keç

KANADA 10 UKRAYNA VƏTƏNDAŞINA QARŞI SANKSİYA TƏTBİQ EDİB

Kanada Rusiya Federasiyası ilə əlaqələrə görə 10 Ukrayna vətəndaşını, o cümlədən keçmiş baş nazir Nikolay Azarovu sanksiya siyahısına əlavə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Sanksiyalar Ottavanın 2014-cü ildən Krımın və Ukraynanın şərq vilayətlərinin Rusiyaya birləşdirilməsində iştirak edən Ukrayna vətəndaşlarının daxil olduğu “Ukrayna” bölməsində yerləşir.

Xüsusilə, ölkənin keçmiş baş naziri Nikolay Azarov, oğlu Aleksey Azarov, keçmiş baş prokuror Viktor Pşonka və oğlu Artem Pşonka, baş nazirin keçmiş müavini Raisa Boqatryeva, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, UTX-nin keçmiş sədri Alexander. Yakimenko sanksiya siyahısına salınıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…