Əsas məzmuna keç

Kanada Fələstinə 100 milyon Kanada dolları məbləğində yardım edəcək

Kanadanın Baş naziri Mark Karni Kanadanın Fələstinə 100 milyon Kanada dolları (təxminən 73 milyon ABŞ dolları) məbləğində yardım edəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası üçün Nyu-Yorkda olan Karni bu açıqlamanı jurnalistlərə verib.

Karni Qəzzada davam edən humanitar böhranı vurğulayıb və bildirib ki, 100 milyon Kanada dolları məbləğində yardımdan 80 milyonu humanitar yardıma, 20 milyonu isə sülh və təhlükəsizlik potensialının yaradılmasına ayrılacaq.

Karni bildirib ki, İsrail hökumətinin işğal olunmuş Şərqi Qüdsdə qanunsuz E1 yaşayış məntəqəsi layihəsini təsdiqləməsi sülhə birbaşa təhlükə yaradır və əlavə edib: “Biz qanunsuz İsrail yaşayış məntəqələrində istehsal olunan mallara ticarət məhdudiyyətləri tətbiq etmək niyyətimizi elan etmişik”.

Karni qeyd edib ki, bu, iki dövlətli həll imkanını qorumaq və davamlı sülhə nail olmaq üçün praqmatik və konkret addımdır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…