Əsas məzmuna keç

KANADADA SƏHVƏN RUSİYA QIRICILARI KANADA TƏYYARƏSİ KİMİ TƏQDİM EDİLİB

Kanadanın Mühafizəkarlar Partiyası lideri Pierre Poilievre-nin çıxışına həsr olunmuş reklam çarxında səhvən Rusiya qırıcılarının görüntüləri göstərilib.

“Videoda Poilievre təlim uçuşu zamanı “evimizi və vətənimizi müdafiə etməyə” hazırlaşan döyüş təyyarələrindən danışıb. Lakin istifadə edilən görüntülərdə Rusiya istehsalı olan təyyarələr əks olunub”, – deyə məlumatda bildirilir.

Mühafizəkarların sözçüsü Sarah Fisher “CBC News”-a bildirib ki, videonun Rusiya qırıcılarını əks etdirən hissələri “stok görüntülərinin seçilməsində insan səhvidir”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…