Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Baksol yolu” adlanan ərazidə ailənin tək övladı olan 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Tezadlar.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərlə çıxış edib.
Vəkil daşınmaz əmlakın reyestri və kadastrı üzrə mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsini, obyektlərin “Təhlükəsiz şəhər” kameraları ilə bağlı da müvafiq qurumlara sorğu verilməsini istəyib, eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssislərinin də prosesə cəlb olunmasını təklif edib.
Məhkəmə birinci və sonuncu vəsatəti təmin edib. Digər vəsatətlərin isə sənədlərin tədqiqi mərhələsində müzakirə olunmasına qərar verilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib.
A.Cümşüdov ittihamla özünü təqsirli bilməyib.
Proses yanvarın 15-də davam etdiriləcək.