Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ölkənin ən tanınmış bank sistemində baş verənlər narahatlıq doğurmaya bilməz. Xüsusən də, bəllidir ki, bir müddətdir vətəndaşların bank kartından pul oğurlanması baş verməkdədir və oğruların tapılmaması narahatlıq doğurmaqdadır. Qəribədir, “Kapital Bank”ın kütləvi şəkildə müştərilərin bank kartlarını bloklaması ciddi sual doğurur. Bəs nə baş verir?
Lakin araşdırmalar da təsdiqləyir ki, bu əsasən xarici pul köçürmələri zamanı baş verir. Xüsusən də onlayn ticarət zamanı ölkə xaricinə pul göndərilməsi zamanı. Və əməliyyatın anında kart bloklanır. “Kapitalbank”da çalışan mütəxəssislərdən biri “Təzadlar”a bildirdi ki, sistem şübhəli əməliyyat və ya ölkə hiss edəndə avtomatik olaraq kartı bloklayır. Bu isə əmanətin təhlükəsizliyi naminə edilir.
A.Məmmədli