Əsas məzmuna keç

Karapetyan “siyasi qüvvə” yaratmaq niyyətini açıqlayıb

Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb.

“Biz prinsipcə yeni siyasi qüvvə yaradırıq”, – Tezadlar.az xəbər verir ki, Karapetyanın mətbuat xidməti onun sözlərini sitat gətirib.

Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. İş adamı günahını boynuna almır. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və ölkənin regionlarında “Pizza Taşir” MMC-nin bir sıra pizzacıları bağlanıb. Bundan başqa, Ermənistan hakimiyyəti Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…