Həbsdə olan iş adamı və xeyriyyəçi Samvel Karapetyanın ailəsi hakimiyyətin milliləşdirdiyi “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin işi üzrə Ermənistan Respublikasına qarşı arbitraj investisiya iddiası qaldırıb.
“Karapetyan ailəsi tələb edir ki, arbitraj məhkəməsi Ermənistan Respublikasını həm artıq dəymiş ziyanı, həm də gözlənilən zərəri kompensasiya etməyə məcbur etsin. İlkin qiymətləndirməyə görə, zərərin məbləği 500 milyon dollardır və arbitraj məhkəməsi tərəfindən yekun qiymətləndirilməlidir”, – Tezadlar.az xəbər verir ki, iş adamının müdafiə şurasının bəyanatında deyilir.
İyulun 18-də Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə qarşı işlərə başlayıb və baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının idarə heyətinin üzvü Romanos Petrosyanı şirkətin müvəqqəti meneceri təyin edib. Bu qərardan sonra Karapetyan şirkət üzərində nəzarəti itirib, Paşinyan onu milliləşdirməyə söz verərkən bu barədə danışıb.
Xatırladaq ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İş adamı günahını boynuna almır. İrəvan məhkəməsi onu iki ay müddətinə həbs edib. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və Ermənistanın rayonlarında “Pizza Taşir” MMC-nin bir sıra pizzacıları bağlanıb.
E.ŞİRİNOV

