Kardiologiya İnstitutunda attestasiya qalmaqalı: məqsəd nədir?- NAZİRƏ MÜRACİƏT

Oxunma sayı: 60

…Neçə gün əvvəl “Təzadlar”a daxil olan şikayət xarakterli müraciət səhiyyə naziri Teymur Musayevə ünvanlı idi… Redaksiya həmin şikayəti nazirliyin [email protected] elektron poçtuna göndərsək də  hələ də cavab gəlmədiyindən aşağıda təqdim edirik:

Beləliklə, Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti qalmaqala səbəb olan hadisə baş verməkdədir. Məlum olur ki, uzun müddətdir adı qalmaqallarda çəkilən İnstitutun direktoru Gülnaz Dadaşovanın elmi işçilər üçün attestasiya keçirmək cəhdi kollektivdə böyük narazılığa səbəb olub. Şikayət məktubundan bəlli olur ki, sən demə, xanım direktor kimlərəsə arxayın olaraq qəsdən narazılıq yaradacaq belə bir addıma rəvac verib. Lakin institutun təcrübəli alimləri səfərbər olaraq hunun qarşısının alınması üçün nazirə məktub da yazıblar. Lakin nazir Teymur Musayev ya direktorun müdafiəsinə qalxıb və susub, ya da bu müraciət nazirə çatdırılmayıb və s.

XXX

“Təzadlar” məsələnin daha dərindən araşdırılmasına səy göstərməkdədir, hətta bu barədə institutun elektron poçtuna da sorğu göndərilib. Ordan da cavab yoxdur. Əksinə, redaksiyanın elektron poçtuna mesaj gəldi ki, sən demə, xanım direktoru Prezident Adminstrasiyasında məsul vəzifə tutduğunu deyilən Vaqif adlı şəxs ciddi cəhdlə müdafiə edir ( onun mobil telefonunu da bizə yazıblar, lakin həmin telefon hələki zəngləri qəbul etmir). Beləliklə, bu yaxlnlarda keçirilən birinci mərhələdə attestasiyaya cəlb edilən elmi dərəcəsi olan (elmlər doktorları və tibb üzrə fəlsəfə doktorları) 20 nəfərə yaxın tibbi işçisi attestasiyanın qanunsuz olduğunu əsas gətirərək, orada iştirak etməkdən imtina ediblər. Artıq Prezident Administrasiyasına və Səhiyyə Nazirliyinə müraciət də ediblər. Məsələ ondadır ki, mövcud qanunvericiliyə görə, elmi-tədqiqat institutlarında attestasiyalar “Elm haqqında” Qanuna əsasən keçirilir. Qanunun 13-cü maddəsinə görə, elmi-tədqiqat institutlarının ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura institutun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır, həmçinin elmi işçilərin attestasiyasını təşkil edir. Attestasiya Elmi Şuranın qərarı ilə yaradılan Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Attestasiya qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. Bəs direktorş yaxud ona bu barədı göstəriş verınlər bunu bilmirlərmi? Hansı ki, institutda uzun illərdir elmi- tədqiqat fəaliyyəti ilə tibb sahəsində uğurlar qazanmış tanınmış alimlər varşnların iş təcrübəsi 20-30 ildirş yaşları 60-70, bəzilərininki isə 80-ı yaxındır. İndi onları attestasiyadan keçirməyin mahiyyəti və mənası nədir???

XXX

Ən pisi odur ki, İnstitutun professorları attestasiyanın təşkili zamanı bu qaydalara əməl olunmadığı və ciddi qanun pozuntularına yol verildiyini deyirlər… Belə ki, attestasiyanın keçirilməsi Elmi Şurada müzakirə olunmalı və müvafiq Attestasiya Komissiyası yaradılmalı olduğu halda, İnstitutun direktoru bu addımı Şura üzvlərinin xəbəri olmadan atıb. İnstitutun elmi işçilərinin dediyinə görə, Gülnaz Dadaşova özünə yaxın şəxlərin də daxil olduğu 3 nəfərlik komissiya yaradıb: sitat: “Attestasiyaya düşən suallar isə İnstitutun hüquqşünası tərəfindən (?) tərtib edilib və tibbə aid olmayan suallar olub. Hətta attestasiyaya Konstitusiya, “Təhsil haqqında” Qanundan suallar salınıb.?. Və direktor Gülnaz Dadaşova zəhləsi gedənbəzi professorları aşağılamaq üçün Attestasiya Komissiyasına özünün inzibati(təsərrüfat) məsələlər üzrə müavini Azər Mirzəxanlını da salıb. Onun nəinki ali, elementar tibb təhsili belə yoxdur. Daim işçilərlə kobud davranışı ilə seçilən Azər Mirzəxanlı attestasiyanı boykot edən professorların üstünə qışqırmaqdan belə çəkinməyib”. Şikayətdı o da deyilir ki, direktor attestasiya prosesini videoya çəkmək üçün çəkiliş qrupu da ayırıb. Bu cür davranışa dözə bilməyən professorlardan biri çəkiliş qrupuna işarə edərək ironiya ilə “Yenə klip çəkdirəcəyik?”.

Beləlikləş institutun tanınmış şöbə rəhbərləri – professor Nazim Abdullayev, professor Rufulla Abdullayev, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, tibb üzrə fəlsəfə doktoru Rüfət Cəmilov və digərləri direktorun qeyri-qanuni hərəkətləri, institutdakı hegemonluğu, yarıtmaz idarəetməsindən şikayətləniblər. Onlar direktoru elmi işlərin aparılmasına heç bir şərait yaratmamaqda, işlədiyi bu illər ərzində elmi işçiləri daim təzyiq altında saxlamaqda və təhqir etməkdə, professorları ətrafına yığdığı və “öz komandam” adlandırdığı adamların əli altında işlədərək onlara tabe etdirməkdə, “Elm haqqında” Qanunun tələblərini pozaraq qeyri-qanuni formada attestasiya keçirməyə cəhd etməkdə, elmi işçilərin hüquqlarını kobud şəkildə pozmaqda ittiham ediblər.

Attestasiyaya cəlb olunan alimlər bildiriblər ki, Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyəti fundamental, tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarətdir. Ancaq son 6 ildə elmi şöbələr heç bir avadanlıq, cihaz, material və komputerlərlə təmin olunmayıb.

İnstitutun elmi işçiləri həmçinin sualları tərtib edən hüquqşünasın İnstituta çağırılmasını tələb ediblər. Onlar həmin hüquşünasa sualları olduğunu bildiriblər.
Professorlar Elmi Şura tərfindən təsdiq edilməyən qeyri-qanuni ekspert komissiyasının üzvü, İnstitutun Həmkarlar İttifaqının sədri Ruslan Nəcəfovdan Əmək Məcəlləsində yazılmış maddələri düzgün şəkildə oxuyub kollektivə çatdırmağı tələb ediblər və çox çətinliklə də olsa, buna nail olublar. Nəhayət, məlum olur ki, bu sayğısızlıqdan əsəbləşən professorlar həmçinin direktorun elmi işçiləri heç bir elmi konfransa buraxmamasını, Kardiologiya İnstitutunda antisanitariya şəraitinin hökm sürdüyünü, tibb ocağında çalışan alimlərin ayaqyoluna getmək üçün növbəyə dayandığını, müəssisədə normal iş şəraiti və işgüzar atmosferin yaradılmadığını, bütün bunların qarşılığında isə yüksək elmi dərəcəsi olan alimlərin ibtidai sinif şagirdləri kimi imtahan edilməsinin təhqiramiz olduğunu deyiblər: “Bundan sonra alim-professor heyəti İnstitut direktorunun elmi işçilərin hüquqlarını pozan davranışına etiraz əlaməti olaraq Gülnaz Dadaşova tərəfindən sinif otağına oxşadılan, bəzədimiş konfrans zalını nümayişkaranə şəkildə tərk ediblər. Bu hadisədən sonra özünü-itirən və əl-ayağa düşən Gülnaz Dadaşova elmi dərəcəsi olamayan işçilər üçün növbəti attestasiyanı da təxirə salıb. O, bütün bunalardan xəbəri olmadığını deyib və attestasiyaya görə bütün günahları elmi işlər üzrə müavini Rəfail Daşdəmirov və hüquqşünas Azad Aslanovun üzərinə ataraq onları işdən azad edəcəyini deyib. Direktor daha sonra bəzədiyi konfrans zalını boşaltmaqla məşğul olub. Əslində isə Rəfail Daşdəmirov bu şəkildə attestasiyanın doğru olmadığını bildiyi üçün xəstələndiyini əsas gətirərək bu gün işdə deyildi. O adam bu biabırçılığa görə utanırdı və ona görə işə gəlməmişdi”.

Bu arada İnstitutin işçiləri daha bir ciddi qanun pozuntusundan şikayətçidirlər. Belə ki, bu günlərdə İnstitutun birinci mərtəbəsində xüsusi izolyasiyasi olmayan bir kabinetə portativ rentgen aparatı yerləşdirilib. Şikayətdın sitat: “Bu aparat institutda yatan, eləcə də stasionar şəkildə müalicəsi planlaşdırılan xəstələr üçündür. Onların ciyərləri yoxlanılır, pnevmoniyaya tutulub-tutlmadıqları müəyyən edilir. Ancaq portativ rentgen aparatı ciddi şüalanma yaradir. Bu şüalar 2-5 metr ərazidəki insanlara təsir edir. Rentgen müayinələri isə səhər saatlarında koridorda insanların çox olduğu zaman aparılır. Eləcə də qonşu kabinetlərdə həkimlər xəstələri qəbul edirlər. Onların hamısı şüalanmaya məruz qalırlar. Bu isə qanunsuzdur. Lakin direktor bu məqama əhəmiyyət vermir… Bəs portativ rentgen aparatının pasiyent və həkimlərə yaxın, izolyasiyası olmayan kabinetdə yerləşdirilməsi nə dərəcədə düzgündür? Müayinələrdən əvvəl bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olubmu? Onu da qeyd edək ki, artıq institutun professor-alim heyəti direktor Gülnaz Dadaşovanın bu özbaşınalıqlarına dözməyərək, məsələ ilə bağlı Səhiyyə nazirinə Teymur Musayevə və digər aidiyyəti orqanlara məlumat veriblər…”.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

 

Xəbəri paylaş

21 Aprel