Əsas məzmuna keç

Kaxovkada Ukraynanın hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi hücumlar nəticəsində bu gün Xerson vilayətinin Kaxovka şəhərində həlak olan mülki şəxslərin sayı iki nəfərə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Kaxovka rayon administrasiyası məlumat verib.

“Ukraynaya məxsus pilotsuz uçan aparatdan istifadə edilməklə həyata keçirilən hücum zamanı bu gün Kaxovka Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 1968-ci il təvəllüdlü kişi aldığı xəsarətlərdən dünyasını dəyişib”, – administrasiyadan bildirilib.

Daha əvvəl rayon administrasiyası bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlardan istifadə etməklə həyata keçirdiyi hücumlar nəticəsində Kaxovkada bir nəfər ölüb, iki nəfər yaralanıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…