25 Aprel 2023 / 09:02

KEÇMİŞ ABŞ KƏŞFİYYATÇISI PUTİNİ ƏSRİN ƏN BÖYÜK ADAMI ADLANDIRIB

Rusiya prezidenti Vladimir Putin bu əsrin ən böyük adamlarından biridir.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter U.S. YouTube kanalına müsahibəsində bildirib.

Keçmiş hərbçi deyib ki, insanlar bu əsrin tarixinə qiymət verəndə Vladimir Putinin adı hamıdan ucaya qalxacaq.

Ekspert Putinin Rusiyanı ötən əsrin 90-cı illərinin çətin zamanlarından xilas etdiyinə diqqət çəkib. Kəşfiyyatçı qeyd edib ki, Rusiya Federasiyasının prezidenti “həqiqəti deyir və tarixin doğru tərəfindədir”.

Ritter belə qənaətə gəlib ki, Vladimir Putinin sayəsində Rusiya indiki dünya səviyyəsindədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!