12 Yanvar 2026 / 17:16

Keçmiş baş nazir azadlıqdan məhrum edildi – çirkli pulların yuyulmasına görə

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili çirkli pulların yuyulmasına görə beş il müddətinə azadlıqdan məhrum edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Keçmiş baş nazir Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə cinayət törətdiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib”, – Baş Prokurorluğun açıqlamasında bildirilir.

Bundan əlavə, Qaribaşvili 370.000 dollar cərimə ödəməlidir və təqsirləndirilən şəxs günahını etiraf edib və müqavilə şərtləri ilə razılaşıb.

Keçmiş baş nazirə qarşı ittihamlar 25 oktyabr 2025-ci ildə irəli sürülüb. O zaman Qaribaşvilinin xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ilə məşğul olduğu qeyd edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!