23 Fevral 2026 / 19:47

Keçmiş müstəntiq həbs edildi

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

Tezadlar.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!