23 Aprel 2025 / 22:40

Kəlbəcərdə “KİA” ilə betonqarışdıran toqquşub – sürücülərdən biri dünyasını dəyişib

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az  xəbər verir ki, Azad Zeynalova məxsus “KİA” markalı avtomobil qarşıdan gələn Röyal Məmmədovun idarə etdiyi “Hova” markalı betonqarışdıran avtomobillə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Hadisə yerinə FHN-nin Kəlbəcər rayon yanğından mühafizə xidmətinin əməkdaşları gələrək sıxılı vəziyyətdə olan sürücünü aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!