11 Noyabr 2025 / 08:29

Kənd təsərrüfatına ayrılmış qrantları fırıldaqçılıqla mənimsəyən 4 nəfər tutuldu

Görəsən Azırbaycanda belə fırıldaqçılara qarşı necə mübarizə aparılrır! Budur, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, kənd təsərrüfatı sahəsində ayrılmış qrant vəsaitlərinin fırıldaqçılıqla mənimsənilməsi ilə bağlı növbəti böyük faktı aşkar edib. Cinayət işi üzrə 4 nəfər cavabdehliyə cəlb olunub. Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. İstintaqın nəticələrinə əsasən, “Elitmşeni” MMC və “RK Gürcüstan Tərəvəzləri” Koperativi tərəfindən 430 200 lari məbləğində qrant vəsaitinin fırıldaqçılıqla mənimsənildiyi, 167 918 lari dəyərində saxta ƏDV aktivinin yaradıldığı və 2 000 lari məbləğində büdcə vəsaitinin aldadıcı şəkildə geri alındığı təsdiqlənib. İstintaq Xidməti tərəfindən edilən açıqlamaya görə, cinayətlər, “Sahə və Kənd Təsərrüfatı İnkişafı Agentliyi” tərəfindən ayrılan qrant vəsaitlərinin qanunsuz şəkildə mənimsənilməsi məqsədilə törədilib. İttihama görə, “Elitmşeni” MMC, “RK Gürcüstan Tərəvəzləri” Koperativi ilə razılaşaraq, 430 200 lari dəyərində qrantı mənimsəmək üçün saxta elektron vergi fakturası və mal alqı-satqı sənədləri təqdim edib. Ancaq heç bir iş görülməyib və yalnız sənəd üzərində saxta əməliyyatlar həyata keçirilib. Koperativ, vergi fakturasını təqdim etməklə, 167 918 lari məbləğində saxta ƏDV hesabı alıb. Həmçinin, dövlət büdcəsindən 2 000 lari dəyərində ƏDV məbləğini geri qaytarmağa müvəffəq olublar. Lakin, saxta ƏDV aktivinin 100 000 lari məbləğində geri alınması cəhdi İstintaq Xidmətinin vaxtında müdaxiləsi ilə qarşısı alınıb. Maliyyə Nazirliyinin İstintaq Xidməti, Prokurorluq ilə birgə əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirərək, cinayətləri törədən şəxsləri həbs edib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri, 19-180-ci maddəsinin 2-ci və 3-cü hissələri, 210-cu maddəsinin 2-ci hissəsi və 362-ci maddəsinin 2-ci hissəsi ilə araşdırıma aparılır. Sözügedən cinayətlərə görə, cəza olaraq 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!