Əsas məzmuna keç

Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizlik Xidmətinə birləşdirilir

Gürcüstanda təhlükəsizlik sisteminin islahatı çərçivəsində Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinə inteqrasiya olunacaq. Tezadlar.az xəbər verir ki, bununla bağlı ölkə parlamentində qanunvericilik paketi səsverməyə qoyulub. Səsvermədə qanunvericilik paketinin lehinə 83 deputat səs verib, əleyhinə səs verən olmayıb. Bundan başqa, Xüsusi İstintaq Xidməti, Xüsusi İstintaq Xidmətinin rəisi, onun müavini vəzifələri ləğv edilir. Xüsusi İstintaq Xidmətinin yurisdiksiyasına aid edilmiş cinayət işləri prokurorluğun istintaq yurisdiksiyasına verilir.

 Bu istiqamətdə 20 qanuna dəyişiklik edilib. Qanunvericilik paketinin müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu”nun üzvləridir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…