7 İyul 2021 / 11:59

BU KİV-LƏR MƏSULİYYƏTƏ CƏLB EDİLƏCƏK

Azərbaycanda informasiya agentliklərinin məlumatlarından müntəzəm olaraq istinadsız istifadə edən KİV-lər barədə ölçü götürüləcək.

Məlumata görə, “Media haqqında” yeni qanun layihəsində informasiya agentliklərinin informasiyalarından müntəzəm olaraq istinadsız istifadə edən, müəllif hüquqlarını nəzərə almayanlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Layihədə qeyd edilib ki, informasiya agentliyi qanunvericiliklə təsbit olunmuş hüquqlarını müdafiə etməkdə sərbəstdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!