Əsas məzmuna keç

KİYEV NATO-YA ÜZVLÜK MÜQABİLİNDƏ KRIMDAN İMTİNA EDƏCƏKMİ?

Ukrayna NATO-ya üzvlük müqabilində Krımdan imtina etməli olacaq.

Bu barədə Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Frenk Ledvic “The Guardian”a yazdığı məqalədə bildirib.

Onun fikrincə, Qərb münaqişənin həlli kimi əldə edilə bilən məqsəd ətrafında birləşməlidir.

“Və bu, Ukraynanın istədiyi kimi olmamalıdır”, – məqalədə deyilir.

Ledvic qeyd edib ki, NATO artıq müvafiq prosesə başlayıb, bunu alyansın sözçüsü Stian Yenssenin son bəyanatları da sübut edir. O, hesab edir ki, Ukrayna ərazilərinin bir hissəsinin Rusiya kimi tanınması müqabilində NATO-ya üzv ola bilər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…