Əsas məzmuna keç

KİYEVDƏ HAVA HƏYƏCANI ELAN EDİLİB

Kiyevdə hava həyəcanı elan edilib.

Tezadlar.az xəbər verir ki, bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatları sübut edir.

Portalın məlumatına görə, Ukraynanın paytaxtında mayın 3-də saat 16.30-da (Bakı vaxtı ilə 17:30-da) həyəcan təbili çalınıb.

Qeyd edək ki, bundan əvvəl, mayın 3-nə keçən gecə Kiyev Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahına iki pilotsuz təyyarə ilə zərbə endirməyə cəhd edib. PUA-lar Rusiya hərbçiləri tərəfindən vaxtında sıradan çıxarılıb və heç bir ziyan vurmayıb. Lakin Kreml vurğulayıb ki, Moskva Ukraynanın zərbə cəhdinə “harada və uyğun gördüyü vaxt” cavab vermək hüququnu özündə saxlayır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…