Əsas məzmuna keç

KİYEVİN NƏZARƏTİNDƏ OLAN ZAPOROJYEDƏ PARTLAYIŞLAR BAŞ VERİB

Kiyevin nəzarətində olan Zaporojye vilayətinin ərazisində iki partlayış baş verib.

Bu barədə Tezadlar.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Zaporojyedə iki partlayış baş verib. Şəhər və bölgədə hava xəbərdarlığı elan edilib”, – mətndə deyilir.

Həmçinin, agentliyin istinad etdiyi Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, şimaldan Zaporojye vilayətinə bitişik olan Dnepropetrovsk vilayətinin ərazisinə hava hücumu xəbərdarlığı səslənib. Bundan əlavə, orada partlayışlar da qeydə alınıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…