Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Aprel 2025 / 10:42

Kiberdələduzlar ötən gün də vətəndaşların kartlarını talayıblar, hətta hesabında 83 manatı olanı da…

Onlayn cinayətkarlıq üzrə rəqəmlər, zərərlər dəyişir. Dünən vətəndaşların 12329 manat pulu kiber üsulla oğurlanıb.
TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
O qeyd edib ki, ən yüksək məbləğ 3514, ən kiçik itki 83 manat təşkil edib. Sayıq olan, ehtiyatlı davranan yüzlərlə vətəndaş şübhəli bildiriş – zəng, mesajlardan imtina etdiyi üçün zərərə məruz qalmayıb. Ancaq 13 fakt üzrə — 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 bank kartlarından pul vəsaitləri oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə vurğulayıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!