Ölkəmizdə vergi öhdəliklərinə yeni tətbiqlər gətirilir… İndi cəmiyyət Ramiz Mehdiyevin dağıntı və sıxıntılarının dərdini çəkməkdəykən, vergi yükünün artırılması hamını narahat edir. Məsələn, tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev yeni tətbiqlərlə bağlı maraqlı şərh verib özünün sosial media hesabında. Sitat: “…Bu gün yayılan xəbərlərdən biri də odur ki, gələn ildən mənzilini kirayə verənlər ödəmə mənbəyində 10 faiz vergi ödəyəcəklər. Amma ödəmə yalnız bununla bitmir. Əgər kirayəyə götürən, qeyri-sahibkarlıq subyekti olacaqsa, bu halda Vergi Məcəlləsinin tələblərinə görə kirayəyə verən vergi ödəyicisi kimi özü uçota durmalı, ödəmə mənbəyində vergini tutub ödəməlidir.
Əgər vergi ödəyicisi kimi uçot olacaqsa, bu avtomatik olaraq sosial və tibbi sığorta öhdəliyi də yardacaq. Məsələn, Bakıda mənzilini aylıq 500 manata kirayəyə verən şəxs 50 manat gəlir vergisi ödəyəcəksə, indiki dərəcələrlə 100 manat sosial, 16 manat isə tibbi sığorta ödəməli olacaq. Yəni 500 manat kirayə haqqı üçün 166 manat və ya 30%-lik vergi yükü…”.
İqtisadçının şərhinə əlavə nə deyə bilərik ki?!
“Təzadlar”